Qelebə.az / İtaliano "Beşiktaş" tarixinə düşdü - Bunu bacaran ilk məşqçi oldu

İtaliano "Beşiktaş" tarixinə düşdü - Bunu bacaran ilk məşqçi oldu

Bu gün, 13:45

“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano klub tarixinə düşüb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Çexiya təmsilçisi “Hradec Kralove” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra nail olub.

“Qara qartal” ilk görüşdə də eyni hesabla qalib gəldiyi rəqibini mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib.

İtaliano avrokuboklarda “Beşiktaş”la ilk 4 oyunun hamısında qələbə qazanan ilk baş məşqçi olub.

Onun rəhbərliyi altında İstanbul klubu “Hradec Kralove”ni iki dəfə 1:0, “Midtyulland”ı isə 2:0 və 1:0 hesabı ilə məğlub edib.

Geri qayıt