Qelebə.az / Super Liqada klubunu dəyişdi - RƏSMİ

Super Liqada klubunu dəyişdi - RƏSMİ

Bu gün, 13:37

"Beşiktaş"la yollarını ayıran Salih Uçanın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Gənclərbirliyi” ilə anlaşıb.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 32 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Salih Uçan karyerası ərzində “Fənərbaxça”, “Roma”, “Empoli”, “Alanyaspor” və “Başakşehir”in formalarını geyinib.

Təcrübəli futbolçu Türkiyə millisində də 3 oyun keçirib.

Geri qayıt