PSJ heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
QELEBE.AZ xəbər verir ki, Paris klubu “Ayaks”ın vingeri Mika Qodtsun transferi ilə bağlı Amsterdam təmsilçisi ilə razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, PSJ 20 yaşlı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mika Qodts 2023-cü ildən “Ayaks”da çıxış edir. Belçika millisinin üzvü Amsterdam klubunun heyətində 113 oyuna çıxıb, 25 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.