Türkiyə Super Liqasında I tura start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə son çempion meydana çıxıb.
"Qalatasaray" "Çorum"la qarşılaşıb. Matçda hesabı "sarı-qırmızılılar" açıb. Viktor Osimhen fərqlənib.
İkinci hissədə qonaqlar ardıcıl iki qol vurublar. Öncə Xesus Ramirez hesabı bərabərləşdirib. Çox keçmədən Fredi komandasını önə keçirib. Matçın son dəqiqələrində Osimhen "Qalatasaray"a 1 xal qazandıran qolu vurub - 2:2.
Qeyd edək ki, Super Liqada ilk tura avqustun 17-də yekun vurulacaq.