Qelebə.az / “Lion”dan müdafiəçi transferi

“Lion”dan müdafiəçi transferi

Bu gün, 15:00

"Lion" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, Liqa 1 təmsilçisi "Milan"dan Zakari Atekamini icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçrəli sağ cinah müdafiəçisi qarşıdakı mövsümü "Lion"un heyətində keçirəcək.

Qeyd edək ki, "Milan" Zakari Atekamini 2025-ci ilin yayında "Yanq Boyz"dan 10 milyon avroya transfer edib. 21 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində 29 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt