İngiltərənin “Aston Villa” klubu “Parma” və Yaponiya millisinin qapıçısı Dzyon Suzuki ilə müqavilə imzalamağa yaxındır.
QELEBE.AZ xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər 23 yaşlı qolkiperin transferi ilə bağlı razılığa gəliblər.
Birmingem təmsilçisi Suzuki üçün “Parma”ya bonuslar nəzərə alınmadan 30 milyon avro ödəyəcək. Futbolçunun özü ilə isə 5 illik müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, avqustun 11-də PSJ də Suzuki üçün “Parma” ilə anlaşmışdı. Lakin sonradan tərəflər arasındakı razılaşma baş tutmayıb. Buna səbəb Fransa klubunun futbolçunun nümayəndələrinin keçid üçün tələb etdiyi komissiyanı həddindən artıq yüksək hesab etməsi olub.