Qelebə.az / Abdullah Zubir “Qarabağ”dan ayrılıb - RƏSMİ

Abdullah Zubir “Qarabağ”dan ayrılıb - RƏSMİ

Bu gün, 16:49

Abdullah Zubir “Qarabağ”dan ayrılıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.

Geri qayıt