Qelebə.az / “Sabah” pley-off oyununun biletləri satışa çıxarılıb

“Sabah” pley-off oyununun biletləri satışa çıxarılıb

Bu gün, 17:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Matça ən ucuz bilet 3 manatdır. Qiymətlər sektorlara görə 3, 5 10 və 20 AZN-dir.

Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Geri qayıt