Misli Premyer Liqasının I turunda "Zirə" "Şəfa"nı məğlub edib - 2:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra debütantın baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.
"Daha çox mübarizə aparırdıq. Yaxşı komandaya qarşı oynayırdıq. "Zirə" artıq 6-cı hətədir məşqlərdədir, bizim fiziki durumumuz daha aşağıdır onlardan. Komandamdan narazı qalmadım. Futbolçularıma təşəkkür etdim. Bizə vaxt lazımdır. Komandanı sıfırdan yığmışıq. İlk məşqdə 12-13 futbolçu var idi. Vaxt keçdikcə, daha yaxşı komanda olacaq"
- Debütant komanda üçün transferlər çox olub. Seleksiya işindən razısız? Elitada qalmağınız üçün kifayətdir?
- Keçən il I liqada oynayan komandadan futbolçular qalıb komandada. Yerli oyunçular da dəvət etmişik. Xarici də var. Yerli və legionerləri də nəzərə almışıq. Bəzi mövqelərə nəinki yerli futbolçu ilə danışdıq, o mövqelərə yerli tapa bilmədik. Ona görə daha çox legionerə üstünlük verməyi lazım bildi rəhbərlik.
- Nə qədər vaxt lazımdır ki, komanda istədiyi nəticəni göstərə bilsin?
- Vaxt deyəndə, bəhanə kimi demirəm. Bir ay, ayyarımın komandasıyıq. Bu gün Zirəyə xal arxasınca gəlmişdik. Bütün oyunlara pozitiv yanaşacağıq. Yoldaşlıq oyunlarında da uduzmamışıq. Bu gün ilk dəfə uduzduq. Futbolçuların keyfiyyətini, bacarığını göstərməsi üçün fiziki cəhətdən istədiyi duruma gəlməlidir. Birinci hissədə də göründü ki, anlaşma yaxşı deyil. Bu da hər yerdə olur. Bu gün də yaxşı oynadıq. Oyundan-oyuna da bunu artıracağıq. Əvvəllər millinin oyunu sentyabrın 4-5-nə düşürdü, yeni yığılan komandalar o aradan istifadə edirdi. Bu dəfə uzun olur deyə, sıxıntımız ola bilər.