Qelebə.az / Türkiyə Super Liqası: “Beşiktaş” ilk turda qələbə qazanıb

Türkiyə Super Liqası: “Beşiktaş” ilk turda qələbə qazanıb

Bu gün, 00:42

Türkiyə Super Liqasında I turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Beşiktaş" meydana çıxıb.

Komanda "Eyüpspor"la qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Vladislav Çerninin qolu "qara qartal"a qələbə qazandırıb - 1:0.

Turun digər matçında "Amedspor" "Erzurumspor"la qarşılaşıb. Görüş Diyarbakır təmsilçisinin qələbəsi ilə nəticələnib - 3:0. Azərbaycan millisinin üzvü Nəriman Axundzadə 75-ci dəqiqədə meydana çıxıb. Bu, onun yeni klubunda debütü olub.

Geri qayıt