“Xankəndi” futbol klubu yeni loqosunu təqdim edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun yeni rəmzi şəhərin tarixi, mədəni irsi və dəyərlərini özündə əks etdirir.
Loqoda yer alan detallar Xankəndinin keçmişini, bu gününü və gələcəyə baxışını ifadə edir.