“Borussiya” Dortmund İoannis Konstanteliasın transferini rəsmən açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, Almaniya klubu 23 yaşlı yarımmüdafiəçini Yunanıstanın PAOK klubundan heyətinə qatıb.
Konstantelias Dortmund təmsilçisi ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Bundesliqa klubu futbolçunun transferi üçün PAOK-a 26 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, daha 6 milyon avro bonuslar nəzərdə tutulub. PAOK, həmçinin futbolçunun növbəti satışından 15 faiz pay əldə edəcək.