Qelebə.az / Paçu Boliviya klubunda

Paçu Boliviya klubunda

Bu gün, 12:00

“Kəpəz” və “Turan Tovuz”un sabiq futbolçusu Luis Paçunun yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, 30 yaşlı braziliyalı hücumçu Boliviyanın “The Strongest” klubuna keçib.

Klub Paçunun transferini rəsmən açıqlayıb.

Futbolçu ilə imzalanan müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Paçu 2023–24-cü illərdə “Turan Tovuz”da, 2024–26-cı illərdə isə “Kəpəz”də çıxış edib. O, ötən mövsüm 27 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Geri qayıt