“Nyukasl” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Benfika”dan Amar Dediçi transfer edib.
24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Amar Dediç Bosniya və Herseqovina millisinin üzvüdür. O, yığmanın heyətində 31 oyunda meydana çıxıb.