Qelebə.az / Əli Baxışov Avropa çempionatının yarımfinalına yüksəlib

Əli Baxışov Avropa çempionatının yarımfinalına yüksəlib

Bu gün, 11:01

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Milli üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.

Geri qayıt