Qelebə.az / “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı

“Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı

Bu gün, 14:37

“Çelsi” hücumçusu Joao Pedro ilə yeni uzunmüddətli müqavilə barədə razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Razılaşmaya əsasən, braziliyalı futbolçu 2033-cü ilin iyununa qədər London klubunda qalacaq. Tərəflər arasında şifahi razılıq əldə olunub və müqavilənin rəsmiləşdirilməsi gözlənilir.

Yeni anlaşma ilə Joao Pedronun maaşı da artırılacaq. “Çelsi” 24 yaşlı hücumçunu klubun gələcək layihəsinin əsas futbolçularından biri hesab edir. 

Qeyd edək ki, Joao Pedro 2025-ci ilin yayında “Brayton”dan “Çelsi”yə keçib.

Geri qayıt