Qelebə.az / Şahin Diniyev: Son addım hər zaman asan olmur

Şahin Diniyev: Son addım hər zaman asan olmur

Bu gün, 15:34

"Hər iki təmsilçimizin rəqibləri olduqca güclü komandalardır".

Bu sözləri "Apasport"a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib:

"Klublarımızı çətin matçlar gözləyir. Şansların bərabər olduğunu düşünürəm. Son addım hər zaman asan olmur. Həm İsrail təmsilçisi, həm də Niderland klubu yüksək səviyyəli komandalardır. Keçirdikləri son matçlar da bunu deməyə əsas verir. Təmsilçilərimizə uğurlar arzu edirəm. Ümid edirəm ki, sonda sevinən tərəf biz olarıq".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gecə, "Tvente" - "Qarabağ" görüşü isə sabah baş tutacaq.

Geri qayıt