İspaniyanın “Barselona” klubu qapıçı mövqeyini Dominik Livakoviçlə gücləndirə bilər.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Kataloniya təmsilçisi “Fənərbaxça”ya məxsus xorvatiyalı qolkiperin transferini nəzərdən keçirir. Hələlik tərəflər arasında yekun razılıq yoxdur.
“Barselona”nın planına əsasən, Livakoviç bu yay transfer edilərək 2026/27 mövsümü üçün başqa kluba icarəyə verilə bilər. 31 yaşlı qapıçının 2027-ci ilin yayında komandaya qayıdaraq Joan Qarsiyanın əvəzləyicisi olması nəzərdə tutulur. Voyçex Şensnının “Barselona” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, Livakoviçin “Fənərbaxça” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Xorvatiya millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Zaqreb “Dinamo”sunda keçirib.