UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Sabah" "Hapoel"ə məğlub olub - 1:2.
Apasport.az xəbər verir ki, matçdan sonra İsrail təmsilçisinin baş məşqçisi Ran Kojukun mətbuat konfransı keçirilib.
"Qələbə qazansaq da, bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Ötürmə vaxtı səhv etdik və onlar da bundan yararlandılar. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.