Qelebə.az / "Qalatasaray"dan yeni transfer: KLUB AÇIQLADI

"Qalatasaray"dan yeni transfer: KLUB AÇIQLADI

Bu gün, 14:16

“Qalatasaray” Aleksey Batrakovun transferi üçün danışıqlara başlayıb.

QELEBE.AZ xəbər verir ki, bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, 21 yaşlı rusiyalı yarımmüdafiəçinin transferi ilə bağlı həm futbolçunun özü, həm də klubu “Lokomotiv” (Moskva, Rusiya) ilə rəsmi danışıqlara start verilib.

Qeyd edək ki, Batrakov “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında keçirdiyi 84 rəsmi oyunda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.

Geri qayıt