Qelebə.az / “Çelsi” Enzo Fernandesə əvəzləyici axtarır

“Çelsi” Enzo Fernandesə əvəzləyici axtarır

Dünən, 22:07

“Çelsi” Enzo Fernandesin komandadan ayrılacağı təqdirdə onun yerinə transfer edəcəyi futbolçuları müəyyənləşdirib.

QELEBE.AZ xəbər verir ki, London klubu “Bornmut”dan Aleks Skott və “Kristal Pelas”dan Adam Uortonu nəzərdən keçirir.

Bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin iddiasına görə, “zadəganlar” artıq Skott üçün təklif göndərib, lakin “Bornmut” 22 yaşlı futbolçunu satmaqdan imtina edib.

Uorton isə London klubunun alternativ variantıdır.

Qeyd edək ki, Skott 2023-cü ildən “Bornmut”da, Uorton isə 2024-cü ildən “Kristal Pelas”da çıxış edir.

Geri qayıt