“Malmö” futbolçusu Salifu Sumanı yenidən icarəyə verib.
QELEBE.AZ xəbər verir ki, qvineyalı vinger “Panetolikos”a transfer olunub.
Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, o, 2023-25-ci illərdə “Zirə”də çıxış edib.