Qelebə.az / Əli Baxışov Avropa çempionatının finalında

Əli Baxışov Avropa çempionatının finalında

Bu gün, 12:35

Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.

QELEBE.AZ xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, qızıl medal uğrunda döyüşdə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.

Yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa uduzan Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatının bürünc medalına sahib olub.

Geri qayıt