İngiltərə millisinin müdafiəçisi Ezri Konsa “Arsenal”a keçib.
QELEBE.AZ xəbər verir ki, London klubu “Aston Villa”nın futbolçusunun transferini rəsmən açıqlayıb.
“Topçular” bu keçid üçün Birmingem təmsilçisinə 50+5 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2019-cu ildən “Aston Villa”nın formasını geyinirdi. O, komandasnın heyətində ümumilikdə 286 matç keçirib.