Qelebə.az / FIFA argentinalı Paredesi ispaniyalı futbolçularla insidentə görə 10 oyunluq diskvalifikasiya edib

FIFA argentinalı Paredesi ispaniyalı futbolçularla insidentə görə 10 oyunluq diskvalifikasiya edib

Bu gün, 19:49

2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentlə bağlı futbolçuların cəzaları açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, FIFA qarşılaşmadan sonra apardığı uzunmüddətli araşdırmanın yekununda qərarını verib.

Argentina millisinin futbolçusu Leandro Paredes 10, Nahuel Molina 7, Tiago Almada və İspaniya millisinin üzvü Qavi isə 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, dünya çempionatının finalından sonra Argentina və İspaniya futbolçuları arasında mübahisə yaşanıb.

Xatırladaq ki, həlledici qarşılaşmada Avropa təmsilçisi rəqibini minimal hesabla məğlub edərək dünya çempionu olub.

Geri qayıt