İngiltərə millisinin üzvü Kertis Cons “Liverpul”dan “İnter”ə transfer olunub.
Apasport.az xəbər verir ki, Milan klubu 25 yaşlı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.
Tərəflər 2031-ci ilə qədər müqavilə imzalayıblar.
Mersisayd təmsilçisi bu keçiddən 32 milyon avro qazanacaq. İngiltərə klubunun bonuslar şəklində daha 4 milyon avro əldə etmək imkanı da var.
Qeyd edək ki, Cons ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.