Qelebə.az / Toralın komandasından məğlubiyyət

Toralın komandasından məğlubiyyət

Bu gün, 10:29

Türkiyə I Liqasında III tura start verilib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun çıxış etdiyi "Bursaspor" növbəti matçını keçirib.

Komanda səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlimiz oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, "Bursaspor" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Geri qayıt