Kayak və kanoe üzrə Dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, avqustun 26-30-da Polşanın Poznan şəhərində təşkil olunacaq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Tatyana Smilovenko ilə təmsil olunacaq.
Komandaya kanoe üzrə milli komandanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.
Qeyd edək ki, Tatyana Smilovenko iyulda Macarıstanın Seqed şəhərində keçirilən gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.