Qelebə.az / Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal

Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal

Dünən, 23:33

Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.

QELEBE.AZ xəbər verir ki, 27 ölkədən 1100-ə yaxın idmançının qatıldığı yarışda “Qaraqaplan Karate Klubu”nun üzvü Qəhrəman Rzaquliyev 12-13 yaş, 45 kq çəki dərəcəsində 5 görüş keçirərək finala yüksəlib.

Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Rzaquliyev həlledici görüşdə Özbəkistan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.

“Arpaçay Karate Klubu”nun idmançısı Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək ikinci yeri tutub. Onun şəxsi məşqçisi Roman Heydərov, milli komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.

Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.

Geri qayıt