Qelebə.az / Fərid Namazov: “Ehtiyat heyətlə bağlı problemlərimiz var”

Fərid Namazov: “Ehtiyat heyətlə bağlı problemlərimiz var”

Dünən, 23:24

Misli Premyer Liqasının 2-ci turunda "Zirə"nin qonağı olan "İmişli" 1:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:

"Bilirdik ki, "Zirə" bu matçda da dominant oynamağa çalışacaq. Bunun qarşısını almağa çalışırdıq. İstəyirdik ki, topu rəqibə verməyək, amma bunu nə qədər bacardıq, sual işarəsidir. "Zirə"ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq. Fərdi səhvlər etdik. Bu, futboldur. Olur belə hallar. Ehtiyat heyətlə bağlı problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun strategiyasıdır. Geridə olduğumuz dəqiqələrdə gənc oyunçulara da şans vermək risklidir. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik."

Geri qayıt