İtaliya A Seriyasında 2026/27 mövsümünə start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Son çempion "İnter" öz meydanında debütant "Montsa"nı sınağa çəkib. 5 qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın edib.
"Napoli" isə səfərdə "Cenoa" ilə üz-üzə gəlib. Neapol təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
Turun digər matçlarında "Kalyari" səfərdə "Parma"ya 1:0 hesabı ilə qalib gəlib. "Komo" isə "Udineze"nin müqavimətini qıra bilməyib - 1:1.