Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə “Bavariya” üz-üzə gəlib.
QELEBE.AZ xəbər verir ki, “Signal İduna Park”da keçirilən qarşılaşmada Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Bavariya”nın heyətində Nataniel Braun 28-ci dəqiqədə hesabı açıb. Maykl Olise ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə fərqi 2 topa çatdırıb.
“Borussiya”nın yeganə qoluna 75-ci dəqiqədə Fabio Silvanın imza atıb.
Qeyd edək ki, "Bavariya" tarixində 12-ci dəfə bu kuboka sahib çıxıb.