Bu gün Misli Premyer Liqasında II tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün son matçı Bakıda keçiriləcək.
"Neftçi" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. "Ağ-qaralar" qələbə qazanaraq liderliyə yüksəlmək niyyətindədir.
Qonaqlar isə ilk qələbəsini qazanmaq arzusundadır.
Misli Premyer Liqası
II tur
23 avqust
20:45 "Neftçi" - "Araz-Naxçıvan"
“Palms Sports Arena”