Misli Premyer Liqasının II turunda “Şamaxı” ilə 0:0 hesablı heç-heçədən sonra “Turan Tovuz”un mətbuat xidməti hakim qərarları ilə bağlı paylaşım edib.
QELEBE.AZ xəbər verir ki, qərb təmsilçisi mövsüm ərzində bir neçə dəfə hakim səhvləri səbəbindən xal itirdiyini bildirib:
“Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.