Qelebə.az / Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”

Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”

Dünən, 21:22

"Turan Tovuz" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

QELEBE.AZ xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Birinci hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm. Amma birinci hissə ilə müqayisədə normal idik".

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir? 
- Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi.

Geri qayıt