Qelebə.az / Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Dünən, 12:51

Bu gün Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürəcək.

QELEBE.AZ xəbər verir ki, avqustun 27-dək davam edəcək turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Polşa və Türkmənistanın komandaları da mübarizə aparacaq.

Turnirin açılış mərasimi saat 15:00-da keçiriləcək. İlk oyunlar isə aşağıdakı cədvəl üzrə baş tutacaq:

16:00. “Ulduz” FA (Azərbaycan) - “Bunyodkor” (Özbəkistan)

17:30. “Zirə” - “Drukarz” (Polşa)

17:30. “Qarabağ” - “Altın Taç” (Türkmənistan)

Qeyd edək ki, turnirin qarşılaşmaları Gənclər və İdman Nazirliyinin rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.

Geri qayıt