Qelebə.az / “Fənərbaxça”nın oyunu italiyalılara həvalə olunub

“Fənərbaxça”nın oyunu italiyalılara həvalə olunub

Dünən, 13:53

“Fənərbaxça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, avqustun 26-da Fransada keçiriləcək qarşılaşmanı italiyalı hakim Mauritsio Mariani idarə edəcək.

Ona həmyerliləri Daniele Bindoni və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Dzuferrli yerinə yetirəcək.

VAR-da Marko Di Bello, AVAR-da isə Luka Payretto çalışacaq.

Qeyd edək ki, komandalar arasında İstanbulda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Geri qayıt