Qelebə.az / Elye Vahi “Nitsa”ya qayıtdı

Elye Vahi “Nitsa”ya qayıtdı

Dünən, 11:12

“Ayntraxt”ın hücumçusu Elye Vahi karyerasını ölkəsində davam etdirəcək. 

QELEBE.AZ xəbər verir ki, "Nitsa" 23 yaşlı oyunçunu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvard 2026/27 mövsümünün sonunadək Fransa təmsilçisində çıxış edəcək. Müqavilədə satınalma bəndi də yer alıb.

Xatırladaq ki, Vahi 2025-ci ilin yanvarında “Lans”dan “Ayntraxt”a keçib. O, Almaniya klubunda bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, fransalı hücumçu ötən mövsümün ikinci yarısını da icarə əsasında “Nitsa”da keçirib. O, 19 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt