Qelebə.az / "Siti"dən 100 milyonluq transfer

"Siti"dən 100 milyonluq transfer

Bu gün, 14:57

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Lill”in yarımmüdafiəçisi Ayub Buaddini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı futbolçu "şəhərlilər"lə 2031-ci ilədək müqavilə imzalayıb.

“Mançester Siti” Buaddinin transferi üçün “Lill”ə bonuslarla birlikdə 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, Buaddi “Lill”in yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Buaddi sonradan Mərakeş millisində oynamağa qərar verib. O, əsas komandada 8 matç keçirib. Futbolçu 2026-cı il dünya çempionatında 5 oyunda meydana çıxıb.

Geri qayıt