Bocciaçımız Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək Boccia üzrə Dünya çempionatında mübarizə aparacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
27 avqust-1 sentyabr tarixlərində keçiriləcək dünya çempionatında paralimpiyaçımız BC2 kateqoriyasında çıxış edəcək.
Qeyd edək ki, Sona Ağayevanı yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.