FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) qarşılaşmasının baş hakimi olacaq.
QELEBE.AZ xəbər verir ki, Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Fərid Hacıyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Fransalı Villi Delajo VAR hakimi, digər azərbaycanlı referi Nicat İsmayıllı isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 26-da Vyanada yerləşən “Vestştadion”da keçiriləcək.