Qelebə.az / Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb

Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb

Dünən, 23:33

Üzgüçü Timur Nikiforov Azərbaycan milli komandasının yeni üzvü olub.

QELEBE.AZ xəbər verir ki, gənc idmançı “Ganja Cup 2026” yarışındakı uğurlu çıxışından sonra U-18 yığmasına dəvət alıb.

Nikiforov sərbəst üsulla 1500 metr məsafəyə üzmədə gümüş medal qazanıb.

Bu nəticədən sonra onun World Aquatics (WA) üzrə reytinq balı 554-ə yüksəlib. Göstəricisi milli komandaya dəvət üçün əsas olub və üzgüçü Azərbaycanın U-18 yığmasının heyətinə cəlb edilib.

Geri qayıt