Qelebə.az / ÇL: “Sabah”ın rəqibləri bu gün bəlli olacaq - YENİLƏNİR

ÇL: “Sabah”ın rəqibləri bu gün bəlli olacaq - YENİLƏNİR

Bu gün, 09:39

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatmada tarixində ilk dəfə turnirin bu mərhələsində iştirak edəcək Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşəcək.

“Bayquşlar” liqa mərhələsində 8 fərqli komanda ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi 4 oyunu doğma meydanda, 4 matçı isə səfərdə keçirəcək.

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 8-10-da baş tutacaq.

Geri qayıt