Qelebə.az / Boksçularımız Türkiyəyə yollanıb

Boksçularımız Türkiyəyə yollanıb

Bu gün, 14:42

Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.

Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.

Qeyd edək ki, Rizədə sınaq döyüşləri də planlaşdırılır.

Geri qayıt