Qelebə.az / Qanalı müdafiəçi "fənər" yolunda

Qanalı müdafiəçi "fənər" yolunda

Bu gün, 14:28

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Nitsa” klubunda çıxış edən Kojo Peprah Opponqunu transfer edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin iddiasına görə, artıq tərəflər arasında razılıq əldə olunub.

Bildirilib ki, 22 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula yollanacaq.

Qeyd edək ki, Qanalı futbolçu 2025-ci ildən “Nitsa”nın formasını geyinir. O, ötən mövsüm Fransa Liqa 1-də 27 matçda meydana çıxıb və 1 qol vurub.

Geri qayıt