Qelebə.az / "Beşiktaş"dan "Yunion"a - RƏSMİ

"Beşiktaş"dan "Yunion"a - RƏSMİ

Bu gün, 15:27

"Beşiktaş"da ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, komandanın müdafiəçisi Feliks Uduokhai Berlin "Yunion"una transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, İstanbul təmsilçisi 28 yaşlı oyunçunun keçidindən 1,5 milyon avro gəlir əldə edib. Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Beşiktaş" Feliks Udokhaini 2025-ci ildə "Auqsburq"dan 5 milyon avro qarşılığında heyətinə qatmışdı.

Geri qayıt