UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Fənərbaxça”nın Fransanın “Lion” klubuna 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra insident yaşanıb.
QELEBE.AZ xəbər verir ki, baş verən hadisələrə görə 6 nəfər saxlanılıb.
Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan ən azı biri silah və bıçaq gəzdirməkdə şübhəli bilinir. Daha bir nəfərin isə qarşılaşma zamanı meydana daxil olmağa cəhd etdiyi qeyd olunub.
Matç zamanı və görüşdən sonra stadionda təhlükəsizlik tədbirləri gücləndirilib. Pirotexniki vasitələrdən istifadəyə görə 4 nəfər barəsində inzibati tədbir görülüb.
Qarşılaşmanın təhlükəsizliyini təmin etmək üçün təxminən 450 təhlükəsizlik əməkdaşı cəlb olunub. “Fənərbaxça”nın ikinci qolundan sonra türk azarkeşlərin yerləşdiyi tribunada meydana atılan əşyalar və yaranan izdiham səbəbindən təhlükəsizlik qüvvələri müdaxilə edib.
Oyundan sonra da təhlükəsizlik əməkdaşları tribunaların qarşısında xətt yaradaraq stadion işçilərinə dəstək veriblər.