Qelebə.az / "Gent"in qapıçısı: "Penaltilər seriyasında komandama çox güvənirdim"

"Gent"in qapıçısı: "Penaltilər seriyasında komandama çox güvənirdim"

24-02-2023, 09:01

"Penaltilər seriyasında özümüzə çox güvənirdim".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Gent"in qapıçısı Deyvi Rof Belçikada "Qarabağ"a qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

29 yaşlı qolkiper bütün komanda yoldaşlarının zərbələri dəqiq yerinə yetirdiyini xatırladıb: "Sadəcə, mən birini dəf etməli idim. Bu həftə penaltilər üzərində məşq etməmişdik. Amma oyunçular onu mükəmməl yerinə yetirdilər".

Belçikalı oyunçu ilk hissədə oyunlarının alınmadığını söyləyib: "Çox risk etmək istəmirdik. Ancaq ikinci yarı bizim üçün daha yaxşı keçdi və sonra üstünlüyü ələ ala bildik".

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında "Gent" "Qarabağ"ı üstələyib - 5:4. Bakıdakı ilk görüşdə "köhlən atlar" rəqibini məğlub etmişdi - 1:0.

Geri qayıt