Qelebə.az / Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu oldu

6-09-2026, 22:23

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, həlledici qarşılaşma Türkiyə və İtaliya milliləri arasında baş tutub.

Görüş “ay-ulduzlular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə bu nəticə ilə ardıcıl ikinci dəfə Avropa çempionu olub. 

"Filenin sultanları" 2023-cü ildə keçirilən son Avropa çempionatının da qalibi olmuşdu. 

Geri qayıt