Qelebə.az / Azərbaycan Yüksək Liqası: Autsayder yenə məğlub olub

Azərbaycan Yüksək Liqası: Autsayder yenə məğlub olub

28-02-2023, 17:59

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turdan təxirə salınan oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” autsayder MOİK-lə qarşılaşıb.

Görüş “Xarı bülbül”ün inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (27:25, 25:8, 25:19).

Bu qələbə sayəsində “Xarı bülbül” aktivincəki xal sayını 15-ə yüksəldib. MOİK-in isə cəmi 1 xalı var.

Geri qayıt